BAŞ MÜHASİB
3000 AZNElan #606787
- ŞəhərBakı
- Yaş30 yaş
- CinsQadın
- Elanın tarixiNoyabr 20, 2025
- Bitmə tarixiDekabr 20, 2025
- AdLeyla Əkbər Abdullayeva
- Phone
- E-mail
Müəssisənin bütün təsərrüfat əməliyyatlarının uçotda dəqiq aparılması, baş kitabın hazırlanması və idarə olunması, mühasibat provodkalarının düzgün tətbiqi, gəlir və xərc əməliyyatlarının kateqoriyalara bölünməsi, əsas vəsaitlərin uçotu və amortizasiyanın hesablanması, material və malların uçotu, inventarizasiya proseslərinin təşkili. Vergi uçotu üzrə ƏDV, mənfəət, gəlir və digər vergi bəyannamələrinin hazırlanması, e-taxes və digər vergi portalları ilə işləmə, vergi risklərinin təhlili və optimallaşdırılması, DSMF və statistika hesabatlarının tərtibi.
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və sosial ödənişlərin hesablanması, əmək müqavilələrinin rəsmiləşdirilməsi və dövlət portallarına məlumatların daxil edilməsi. Bank və kassa əməliyyatları üzrə ödəniş tapşırıqlarının hazırlanması, elektron bankçılıqla əməliyyatların icrası, kassa sənədlərinin tərtibi və bank hesabları üzrə mutabakatların aparılması.
Maliyyə hesabatları: balansın tərtibi, mənfəət və zərər (P&L) hesabatı, pul vəsaitlərinin hərəkəti (Cash Flow), maliyyə nisbətlərinin təhlili, büdcələrin hazırlanması və faktiki-büdcə müqayisəsinin aparılması.
Broker əməliyyatları: qiymətli kağızlar üzrə əməliyyatların qeydiyyatı və uçotu, broker əməliyyatlarının icrası, investisiya portfelinin idarə olunmasına dəstək, müştəri sifarişlərinin emalı və icrası, maliyyə bazarları üzrə analiz və risklərin qiymətləndirilməsi, broker əməliyyatlarının mühasibat uçotu ilə uyğunlaşdırılması.
Sənədləşmə üzrə müqavilələrin maliyyə təhlili, qaimə-faktura, e-qaimə və digər sənədlərin tərtibi, daxili audit üçün zəruri sənədlərin hazırlanması və normativ aktlara uyğunluğun təmin edilməsi.
Proqram təminatı: 1C Mühasibatlıq proqramında bütün modulların idarə olunması (anbar, kassa, əsas vəsait, əməkhaqqı, maliyyə hesabatları), Excel-də pivot table, VLOOKUP, SUMIF və qrafiklərdən istifadə, ERP sistemləri, broker proqramları, elektron hökumət və sosial təminat portalları ilə işləmə bacarığı.
Bakı Dövlət Universiteti
Filologiya fakültəsi
Bakalavr, 2012–2016
Atatürk Universiteti, Türkiyə
Biznesin idarə olunması və İqtisadiyyat
PEM Sertifikatı, 2022 – davam edir
265 və 97 saylı məktəblər
Müəllimə
2019–2021
Rich Distribution
Maliyyə şöbəsinin mütəxəssisi
2021–2022
ER Power
Baş mühasib
2022–2025
İş prinsipim: dəqiqlik, düzgünlük və nəticəyönümlülük